Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İmran Xanın öz mənzilini tərk etməsinə qadağa qoyulub
Pakistanın keçmiş baş naziri və müxalif “Ədalət uğrunda hərəkat” partiyasının lideri İmran Xana yaşadığı evdən kənara çıxmaq qadağan edilib.
Bu barədə Pakistan məhkəməsi qərar çıxarıb.
Məhkəmə qərarına görə, qadağa İmran Xandan başqa, onunla eyni partiyada təmsil olunan daha 600 şəxsə şamil edilir.
Qeyd edək ki, bir müddət əvvəl Pakistanın keçmiş baş naziri İmran Xan korrupsiya və çirkli pulların yuyulması ittihamı ilə həbs edilmişdi.
İmran Xanın saxlanılması Pakistanın İslamabad, Kəraçi, Lahor, Pişəvər, Kvetta, Haripur, Faysalabad, Ravalpindi də daxil olmaqla böyük şəhərlərində kütləvi etirazlara səbəb olub.
Mayın 12-də Pakistanın Ali Məhkəməsi həbsi qeyri-qanuni elan edib və keçmiş baş nazirin həbsdən azad edilməsinə qərar verib.
Mənbə: Mehr
"Ali Məhkəmə" teqi üzrə xəbərlər
- Boşanmaq üçün məhkəməyə üz tutanların nəzərinə - YENİ QAYDALAR
- Məhkəmə vəzifəli şəxsin öldüyü qəzada təqsirləndirilən sürücü ilə bağlı qərar verdi
- Məhkəmə arvadı haqqında polisə yalan xəbərçilik edən şəxslə bağlı qərar verdi
- Nazirliyin rüşvət alan keçmiş qadın əməkdaşı bəraət istəyir
- Xəstənin ölümündə günahlandırılan həkimlə bağlı qərar ləğv edildi
Rəylər