İngiltərə millisi futbol üzrə dünya çempionatında iştirak etməyə bilər.
Oxu.Az xəbər verir ki, bu haqda Böyük Britaniya baş naziri Tereza Mey köhnə rus casusu Sergey Skripal ilə qızı Yuliyanın zəhərlənməsində Rusiya dövlətini günahkar bilərək dünya çempionatına qatılmayacaqlarını bildirib.
O, qeyd edib ki, Rusiya ilə dialoqu tamamilə kəsmək beynəlxalq maraqlara zidd olsa da, ancaq üst səviyyədə əlaqələr kəsiləcək. Böyük Britaniya baş naziri Rusiya Xarici İşlər naziri Sergey Lavrovun İngiltərəyə ziyarətinin ləğv olunduğunu və yerli hökumətdən heç bir nazirin və kral ailəsindən heç kimin Rusiyadakı dünya çempionatına qatılmayacağını söyləyib.
Ötən həftə Böyük Britaniya Xarici İşlər naziri Boris Conson da Rusiyanın sözügedən əməldə cinayəti sübuta yetirilərsə, dünya çempionatını boykot edəcəklərini bildirib.
Britaniyanın Leyboristlər Partiyasının deputatı Con Vudkok isə bildirib ki, İngiltərənin dünya çempionatında iştirakı sual altındadır.
Səbuhi TOFİQOĞLU
www.oxu.az
Rəylər