İnquşetiyanın Nazran rayonunda keçirilən antiterror əməliyyatı zamanı iki yaraqlı zərərsizləşdirilib.
Oxu.Az-ın İnterfax-a istinadən məlumatına görə, onlardan biri İŞİD terror qruplaşması ilə əlaqəyə görə federal axtarışa verilmişdi.
Güc strukturlarının əməkdaşları və silahlı terrorçular arasında atışmanın videosunu “Directorate 4” Telegram kanalı yayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının təslim olmaq tələbinə yaraqlılar atəşlə cavab veriblər. Atışma nəticəsində onların hər ikisi məhv edilib.