İnquşetiyanın Nazran rayonunda Yol-Patrul Xidmətinin blok-postuna hücumdan sonra antiterror əməliyyatı rejimi tətbiq edilib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Milli antiterror Komitəsinin qərargahının nümayəndəsi bildirib.
Nazran rayonunun Yandare yaşayış məntəqəsində terrorçu-kamikadze özünü Yol-Patrul Xidmətinin blok-postunda partladıb. Hadisə nəticəsində üç polis əməkdaşı yaralanıb, onlardan biri xəstəxanada keçinib.
Son məlumatlara görə, blok-posta hücumda 4 nəfər iştirak edib. Onlardan biri özünü partladıb, daha biri polis tərəfindən məhv edilib. Hazırda daha iki silahlının zərərsizləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
***
20:35
Rusiyanın İnquşetiya Respublikasında terrorçu-kamikadze özünü Yol-Patrul Xidmətinin blok-postunda partladıb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Nazran rayonunun Yandare yaşayış məntəqəsi yaxınlığında baş verib.
İnsident nəticəsində iki Yol-Patrul Xidmətinin əməkdaşı yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyəti barədə məlumat verilmir.
Məlumata əsasən, hadisədə əli olduğu güman edilən daha bir şəxs blok-postun yaxınlığında yerləşən fərdi evlərdən birində gizlənib. Hazırda onun saxlanılması istiqamətində müvafiq tədbirlər görülür.
V.B.