Amerikalı alimlər ananın hamiləlik dövründə uşaqların oriyentasiyasını öyrənmək üsulunu aşkar ediblər.
Oxu.Az bu barədə letidor.ru-ya istinadən xəbər verir.
“Oriyentasiyanın müəyyənləşdirilməsi üsulu DNT fəaliyyətinə nəzarət edən molekulyar markerlərin tədqiqinə əsaslanır”, – layihə rəhbəri, Kaliforniya universitetinin elmlər doktoru Tak Nqun izah edib.
Bu üsulun ixtira edilməsinə müqəddimə 50 cüt əkizin genetik markerlərinin öyrənildiyi araşdırma olub. Bu araşdırmada 50 cüt əkizlərin 37-də qardaşların biri gey, 10 cütlükdə isə hər ikisi homoseksualist olub.
“Deməli eksperiment göstərdi ki, DNT-nin ən azı 9 hissəsi seksual oriyentasiya ilə əlaqədardır. Bizim könüllülərdə bu sahələr metilləşdirilib (yəni DNT molekula metil qrupun nukleotid C birləşdirmə yolu ilə dəyişdirilib), bu isə bu və ya digər seksual əlamətlərin nə dərəcədə qabarıq olmasına təsir edir”, - əldə edilmiş məlumatı bölüşən mütəxəssislər bildirib.
İndi ekspertlərin bəyanatına əsasən, gələcək kişinin özü üçün cütlük kimi qadını və ya digər kişini üstün tutacağı sualına onlar 70% dəqiqliklə cavab verə biləcəklər.