“İnterfax” agentliyinin redaktoru Yuri Nikifirovun meyiti tapılıb.
Oxu.Az-ın life.ru-ya istinadən verdiyi məlumata görə, Y. Nikifirovun meyitini Moskva vilayətinin Odintsevo şəhərində Marşal Krılov küçəsində həyətdə asılı vəziyyətdə həyat yoldaşı aşkarlayıb.
33 yaşlı jurnalistin ölümünün səbəbləri müəyyənləşdirilir.
Meyit “morq”a göndərilib.
A.M.