Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İordaniya əsrlərdir insanları qorxuda saxlayan təhlükəli xəstəlikdən xilas olan ilk ölkə oldu
İordaniya Krallığı bəşəriyyətin ən qədim və qorxunc xəstəliklərindən biri sayılan cüzamdan tamamilə xilas olan ilk ölkə kimi tarixə düşüb.
Oxu.Az-ın verdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bununla bağlı bəyanat yayıb.
Bildirilir ki, "mycobacterium leprae" bakteriyası tərəfindən törədilən bu xəstəlik dəri, periferik sinirlər, selikli qişalar və gözləri zədələyərək ağır deformasiyalara və əlilliyə səbəb olur.
Xəstəlik müalicə oluna bilər və erkən müdaxilə əlilliyin qarşısını ala bilər.
Cüzam, həmçinin lepra kimi tanınan xəstəlik əsrlər boyu milyonlarla insanın əzab çəkməsinə və damğalanmasına səbəb olub. İordaniya cüzamla aktiv mübarizəyə hələ XX əsrin ortalarında başlayıb. Effektiv skrininq, müalicə və profilaktika proqramları sayəsində son 20 ildə ölkədə xəstəliyin heç bir yeni halı qeydə alınmayıb.
"İordaniya" teqi üzrə xəbərlər
- İsrail və İordaniya Əsədin devrilməsinin nəticələrini gizli müzakirə ediblər
- İsrailin İordaniyadakı səfirliyi yaxınlığında atışma olub
- İordaniya İran-İsrail gərginliyi fonunda hava məkanından istifadəyə icazə ilə bağlı açıqlama verdi
- İordaniyanın Fransadakı səfirliyi qarət edildi
- Ərəb ölkələri ABŞ-nin təklifini rədd etdilər
Rəylər