Rusiyanın estrada ifaçısı İosif Kobzon vəfat edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı müğənninin yaxınları “Qovorit Moskva” radiostansiyasına məlumat veriblər.
İ.Kobzonun 80 yaşı var idi.
İyulun 27-də bildirilmişdi ki, müğənni süni nəfəs aparatına qoşulub. Bundan əvvəl, artisti Moskva xəstəxanalarından birinin reanimasiya şöbəsinə köçürmüşdülər. Onun vəziyyəti ağır qiymətləndirilirdi.
Həmin gün Kobzonun mətbuat katibi Varvara Vinoqradova bəyan edib ki, ifaçının xəstəxanaya yerləşdirilməsi planlaşdırılmışdı və onu reanimasiyaya köçürməyiblər. Eyni açıqlamanı artistin həyat yoldaşı Ninel Kobzon da iyulun 26-da verib.
Qeyd edək ki, 2005-ci ildə Kobzona xərçəng diaqnozu qoyulub.
Rəylər