iPhone X vasitəsilə yaradılan yeni optik illüziya sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.
Oxu.Az xəbər verir ki, qeyri-adi effekti olan videonu tərtibatçı Piter Norbi öz Twitter səhifəsində paylaşıb.
Videoçarxda telefonun ekranına baxdıqda, sanki displeydən yerin dibinə dərin quyu əmələ gəlir. İstifadəçilər qeyd edir ki, təsvir inandırıcı olmaqla yanaşı, mobil qurğunun mövqeyindən asılı olaraq dəyişir.
“O başqa bir aləmə portal açır” - deyə @GladstarGTSchl adlı istifadəçi bildirir.
Bəzi istifadəçilər hesab edir ki, yeni tətbiq əlavə reallıq (augmented reality) texnologiyasından istifadə edir və “Face ID” funksiyasının köməkliyi ilə insan üzünün hərəkətini izləyir.
portable hole!? 🙀
— ΛLGΘMΨSΓIC (@algomystic) 26 февраля 2018 г.
.
.
no post effects, all in-camera. full write-up with source code coming soon pic.twitter.com/At0fzTQ8s9
F.M.
www.oxu.az