Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İrakli Kobaxidze: "Avropaya inteqrasiya xarici siyasətimizin əsas prioritetidir"
"Avropa İttifaqına (Aİ) inteqrasiya Gürcüstanın qarşıdakı illər üçün əsas xarici siyasət prioriteti olaraq qalır".
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
"Bizim çox mühüm xarici siyasət prioritetlərimiz var və əsas prioritet təbii ki, Avropaya inteqrasiyadır. Biz münasibətlərin yenidən başlamasını gözləyirik ki, bu da, məncə, gələn ilin əvvəlindən intensiv rejimdə baş verəcək", - deyə İrakli Kobaxidze vurğulayıb.
O, həmçinin qeyd edib ki, Gürcüstan 2030-cu ildə Aİ-yə daxil olmaq üçün qurumla assosiativ sazişin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.
İrakli Kobaxidze müxalifət, eləcə də onu dəstəkləyən qeyri-hökumət təşkilatlarının ittihamlarına da cavab verib.
Gürcüstanlı siyasətçi vurğulayıb ki, müxalif təşkilatlar Gürcüstanda konstitusiya quruluşuna qarşı çıxmağa çalışır.
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Aİ Ukraynanın təbii sərvətlərindən istifadə niyyətində: Danışıqlara başlayacaqlar
- Aİ əhalisinin 10 faizi evlərinin isidilməsinə görə xərcləri ödəyə bilmir
- Aİ diplomatiyasının rəhbəri Rusiyanın aktivlərinin müsadirəsindən danışdı
- Aİ Suriyaya qarşı sanksiyaları dayandırdı
- Brüsseldə Ukraynaya 20 milyard avrodan çox yardımın ayrılması müzakirəyə çıxarılır