Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İrakli Kobaxidze: "Gürcüstanda Rusiyaya qarşı "ikinci cəbhə" açmaq istəyirlər"
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Parlamentinin Tbilisiyə qarşı qəbul etdiyi qətnaməni ədalətsiz adlandırıb.
Oxu.Az xəbər verir ki, İ.Kobaxidze bu barədə "İmedi" telekanalına müsahibəsində deyib.
Gürcüstanın baş naziri vurğulayıb ki, məqsəd hakim Gürcü Arzusu Partiyasını cəzalandırmaq və Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasına himayədarlıq etməkdir.
İ.Kobaxidze söyləyib ki, qətnamənin arxasında Gürcüstanda Rusiyaya qarşı "ikinci cəbhə" açmaq istəyən qüvvələr dayanır.
"Onlar bu qətnaməni qəbul etməklə oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkisi öncəsi gürcüstanlı seçicilərinin iradəsinə təsir etmək niyyətindədirlər", - deyə Gürcüstanın baş naziri əlavə edib.
Xatırladaq ki, ötən gün Avropa Parlamentinin (AP) deputatları Gürcüstanın demokratiyadan geri çəkilməsi ilə bağlı qətnamə qəbul edərək Tbilisiyə ayrılan Avropa maliyyəsinin dondurulmasını tələb ediblər.

"Gürcüstan" teqi üzrə xəbərlər
- Bakı-Tbilisi qatar reysi BƏRPA EDİLİR - Tarix də müzakirə olundu
- Salome Zurabişviliyə hücum olub
- Gürcüstan - Türkiyə sərhədində görünməmiş hadisə: 910 ədəd su tısbağası ələ keçirildi
- Avropa Parlamenti Zurabişvilini Gürcüstanın legitim prezidenti kimi tanıdı
- Gürcüstanın baş naziri Azərbaycan Prezidentinə təşəkkür etdi