"Xarici agentlər Gürcüstanda inqilab etməyəcək. Biz buna imkan verməyəcəyik. Bunun üçün bizim bütün resurslarımız var".
Oxu.Az Gürcüstanın İctimai Televiziyasına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.
Onun sözlərinə görə, etiraz aksiyaları xarici xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilir.
"Maydandan sonra Ukraynanın başına gələnləri hamı yaxşı xatırlayır, Gürcüstan hökuməti buna icazə verməyəcək", - o qeyd edib.