İraq mediası İranın Ərbil və Anbar vilayətlərində ABŞ hərbi qüvvələrinə atdığı raketlərin şəkillərini yayıb.
“Sözçü”nün xəbərinə görə, İranın öz sərhədi daxilindən atdığı raketlərin bəzisi partlamayıb.
İraq mətbuatı Hit şəhərində yerləşən Eynül-Əsəd aviabazası yaxınlığına düşən və partlamayan raketin fotosunu paylaşıb.
İraq ordusu yerli saatla 01:45 və 02:15 arasında 22 raket atdığını və bunlardan 17-nin Eynül-Əsəd aviabazasına düşdüyünü açıqlayıb.
Səlahiyyətlilər iki raketin partlamadığını, beş raketin Ərbilə düşdüyünü və onların İŞİD-lə mübarizə üçün qurulan beynəlxalq koalisiya mərkəzini vurduğunu deyib.
İraq Kürd Muxtariyyətinin Daxili İşlər Nazirliyi İranın bölgədəki raket hücumu nəticəsində itki olmadığını açıqlayıb.