İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında əməkdaşlıq "üçlük" ölkələrinin (Böyük Britaniya, Almaniya və Fransa) BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarının bərpasına yönəlmiş hərəkətləri səbəbindən dayandırılacaq.
Oxu.Az "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurası məlumat yayıb.
Məlumata görə, əməkdaşlıq İranın Xarici İşlər Nazirliyinin BAEA ilə işbirliyinə və böhranın həlli üzrə planların təqdim edilməsinə baxmayaraq dayandırılacaq.