Tehran Beynəlxalq Atom Enerjisi Agentliyin (BAEA) müfəttişlərini ölkənin digər nüvə obyektlərinə buraxmayaraq yalnız Buşəhrdəki atom elektrik stansiyasına daxil olmağa icazə verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi missiyanın hesabatına istinadən məlumat yayıb.
Sənədi hazırlayanlar İran tərəfindən zənginləşdirilmiş uran ehtiyatlarının artırılması ilə bağlı dərin narahatlıqlarını bildiriblər. BAEA-nın baş direktoru Rafael Qrossi İran rəhbərliyini yoxlama aparan müfəttişlərlə əməkdaşlığı tam şəkildə bərpa etməyə və nəzarət tədbirlərini yenidən başlamağa çağırıb.