İran yaxın zamanda “West Karoun” markalı neftini dünya bazarlarına çıxarmağa hazırlaşır.
Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” məlumatlı mənbələrə istinadən informasiya yayıb.
“Qara qızılın” Qərb ölkələrinə nəqlinə may-iyun aylarından etibarən başlanacaq.
İlk partiyaların “spot” bazarlarına çıxarılacağı bildirilir, belə ki, alıcılar və ekspertlər hələ bu neft çeşidinin keyfiyyəti ilə yaxşı tanış deyil.
F.M.
www.oxu.az