İranın ən nüfuzlu dini xadimi Ayətulla Mövaheddi Kermani Tehran Universitetində ölkənin paytaxtında Avropa İttifaqının nümayəndəliyinin açılmasına qarşı kəskin çıxış edib. “İran xalqı paytaxtında “casus yuvasının” yaradılmasına heç vaxt icazə verməz”, - Ayətulla Kermaninin sözlərini İRNA agentliyi sitat gətirib.
Bu ofisi açmaq istəyənlər, bizdən Qərb ölkələrinin parlament nümayəndələrinin İrana səfərinə imkan yaradaq və kontrinqilabi dairələrin nümayəndələri ilə görüşməyə icazə verək – Kermani deyib. Biz öz müstəqilliyimizi qorumuşuq və heç kimə daxili işlərimizə qarışmağa icazə vermərik.
Oxu.Az İTAR-TASS-a istinadən bildirir ki, Ayətulla Mövaheddi Kermani İranın ən nüfuzlu dindarlarındandır.
Əsasən, Tehran cümə namazında ölkənin ali dindarlarını tərənnüm edir.