Belarusiya prezidenti Aleksandr Lukaşenko Qərbin Rusiyaya qarşı sanksiyalarını “cəfəngiyyat” və “boş söhbət” adlandırdı.
Oxu.Az Rusiya KİV-nə istinadən bildirir ki, Aleksandr Lukaşenkonun bəyan etdiyinə görə, hələ Rusiyanı tanımayan, sanksiyaların nə olduğunu bilməyən, və onların nə ilə nəticələnəcəyini başa düşməyən ağılsız anadan olmayıb.
“Ümumiyyətlə, narahat olmayın. Sanksiyalar və sair – bu tam cəfəngiyyat və boş söhbətdir. Qərb bu gün heç nəyə qadir deyil, biz bundan çıxış etməliyik” – prezident deyib.
Bununla yanaşı o, xatırladıb ki, Belarusiya artıq iyirmi ildir ki, Qərbin sanksiyaları altındadır.
O əmindir ki, sanksiyalar Rusiyanın xeyrinə çevrilməlidir. “Biz, daxili problemlərlə məşğul olub və öz məsələlərimizi həll edəcəyik. Onlar (sanksiyalar) bizə daxildən güclənməyə yardım edəcək. Onlar bu və ya digər ölkənin daxilində olan problemləri toplayırlar” – Lukaşenko deyib. O, birləşib bərabər çalışmağa çağırıb.
“Bizi sonradan sanksiyaların verdiyi bu əlverişli şəraitdən istifadə etməməkdə qınamasınlar” – prezident açıqlama verib.
Elvin Əhmədov
www.oxu.az