Niderlandiya şirkəti Witteven+Bos Abşeron göllərinin bərpası layihəsi üzrə texniki-iqtisadi əsasları (TİƏ) işləyib.
Oxu.Az Abc.az-a istinadən bildirir ki, hazırlanmış TİƏ əsasən 9 gölün bərpasına (21799000 ha) orta hesabla 456,800 milyon manata çatacaq. Bununla yanaşı ekspertlər göllərin bərpasından gələcək vəsaiti 683,906 milyon manat, aktivləri isə 1,413 milyard manat kimi qiymətləndirirlər.
TİƏ əsasən, ilk mərhələdə ən böyük və ən çox çirklənmiş Böyükşor gölünün bir hissəsi bərpa olunacaq.
Birinci mərhələnin maliyyələşdirilməsi üçün 99,500 milyon manat lazım olacaq.
İkinci mərhələnin həyata keçirilməsi üçün orta hesabla minimum 183 milyon tələb olunur.
Xocahəsən gölünün bərpasına orta hesabla 9,400 milyon manat lazımdır.
Binəqədi gölünün bərpasına orta hesabla 2,900 milyon manat;
Qırmızı gölün bərpasına orta hesabla 52,500 milyon manat;
Lökbatan gölünün bərpasına orta hesabla 34,300 milyon manat tələb olunur.
Zabrat gölü sahəcə ən kiçik göldür, amma buna baxmayaraq, onun bərpasına tələb olunan vəsait orta hesabla 21,100 milyon manatdır.
Bülbülə gölünün bərpası orta hesabla 17,500 milyon manata başa gələcək.
Zığ gölünün bərpasına 35,400 milyon manat;
Qu gölünün bərpasına isə 1,2 milyon manat lazımdır.