Həm həmkar, həm də həyat yoldaşı olan tanınmış müğənnilər Nurkan və Lalə yeni mahnı yazdırıb.
Oxu.Az xəbər verir ki, “Bir zamanlar” adlanan mahnının sözləri və musiqisi Nurkana məxsusdur. Aranjimanı Rəşad Hüseynova aiddir.
Cütlüyün sözlərinə görə mahnıya klipi Emin Muradov çəkəcək:
“Övladımız doğulduqdan sonra may ayının sonunda “Bir zamanlar” adlı mahnımıza klip çəkdirməyi planlaşdırırıq. Əslində planlarımız çox idi, yaradıcılıq işlərimizlə əlaqədar Türkiyəyə getməli idik. Lakin doğulacaq körpəmizə görə bir çox işlərimizi dayandırmışıq. Övladımız dünyaya gələndən sonra yeni layihələrimizi həyata keçirmək istəyirik”.
Aytən Sadıqzadə
www.oxu.az