İran Ermənistan və Azərbaycanı təmkinli olmağa, dialoq və danışıqlar yolu ilə vəziyyəti sabitləşdirməyə çağırıb.
Oxu.Az İRNA-ya istinadən xəbər verir ki, bu barədə İran XİN-in mətbuat katibi Bəhram Qasimi bildirib.
Onun sözlərinə görə, dialoq və danışıqlar mübahisələrin nizamlanması üçün vasitədir.
İran XİN-in rəsmi nümayəndəsi münaqişənin nizamlanmasına cavabdeh olan beynəlxalq institutların münaqişəyə son qoymaq üçün götürdükləri öhdəlikləri yerinə yetirəcəyinə ümid etdiyini bildirib.
O vurğulayıb ki, İran tərəflərin köməkliyi ilə regionda sülh və sabitliyin bərqərar olmasına yardım etməyə hazırdır.
N.О.
www.oxu.az