İran rəsmi şəkildə şəxsi axtarış sistemi Yooz-u işə salıb, bu, Qərbin Tehranın nüvə proqramına qarşı sanksiyalarına cavab tədbiri idi.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, milli axtarış saytı Google və bu qəbildən olan sistemlərin alternatividir.
İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində bəyan ediblər ki, axtarış sistemi ərəb dilində 1 milyard saytı nəzərdən keçirə bilir. “Yooz” sözünün fars dilindən tərcüməsi gepard deməkdir.
İran axtarış sistemi www.yooz.ir ünvanındadır. International Business Times-ın xəbər verdiyi kimi o, Google, Yahoo və ya Bing kimi mövcud Qərb axtarış sistemlərindən daha sürətli və təhlükəsizdir. Yooz İranın paytaxtı Tehranda təqdim edilib, tədbirdə ölkənin Rabitə və İnformasiya Texnologiyaları naziri Mahmud Vaezi də iştirak edib.
Yooz-un kuratoru Mehdi Naqavi deyib ki, İran istifadəçilərinin gündə 25 milyon dəfə müraciət Google, İnternetin əsas hissəsinə çevrilib. Onun sözlərinə görə, yeni İran layihəsi ondan yaxa qurtarmağı və istifadəçilər üçün kiberməkanda təhlükəsizliyi təmin edəcək.
Daha sonra isə Yooz-a ərəb və ingilis dillərində resursların daxil edilməsi, 6 milyard saytın sonra isə bu sayın 24 milyarda çatdırılması nəzərdə tutulur. Nazir, həmçinin bu il daha bir axtarış sisteminin – Parsijoo-nun buraxılmasını vəd etdi.
E.Ə.
www.oxu.az