Gəncədə ötən gecə ağır qətl hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Gəncə Şəhər Prokurorluğundan Trend-ə bildiriblər ki, 1995-ci il təvəllüdlü Əliyev Şahlar Şahin oğlu qısqanclıq zəminində bacısı ilə münasibətləri olan, 1997-ci il təvəllüdlü Hacıyev İmaməddin İmaməli oğlunun başını kəsərək qətlə yetirib.
Ş.Əliyev qətli törətdikdən sonra könüllü olaraq polisə təslim olub.
Hazırda cinayətin hansı şəraitdə törədildiyi araşdırılır.
E.Ə.
www.oxu.az