Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İranın 100 milyard dollara ehtiyacı var
İranda iqtisadi artımı 4 faizdən 8 faizə çatdırmaq üçün hökumətin 100 milyard dollardan çox xarici investisiyaya ehtiyacı var.
Oxu.Az fars.alarabia.net-ə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian dövlət televiziyasına müsahibəsində məlumat verib.
Pezeşkian ölkənin iqtisadi problemlərinin həllinin xarici əlaqələrdən asılı olacağını vurğulayıb.
İran Prezidenti Məsud Pezeşkianın təklifi ilə bu il Milli İnkişaf Fondunun neft gəlirlərindəki payı 20 faiz azaldılaraq 350 min milyard tümənə endirilir. Bu vəsait dövlət borclarının ödənilməsinə sərf ediləcək.
"İran" teqi üzrə xəbərlər
- Məsud Pezeşkian İrandakı təhsil haqqında: "Xalqla danışmağa cəsarət etmirəm"
- İranda həbsdə olan Almaniya vətəndaşı dörd ildən sonra azadlığa buraxıldı
- "Haber Global": İranı kimlər hədəfə çevirdilər?
- İran Suriya üzrə xüsusi nümayəndə təyin edib
- İranın paytaxtının köçürülməsi 37 milyard dollara başa gələ bilər
Ən çox oxunanlar
Rəylər