Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Serbiyalı müşahidəçi: "Seçki demokratik standartlara uyğun keçirilib"
Azərbaycanda parlament seçkisini müşahidə edən Serbiya parlamentinin üzvü Jivota Starteviç səsvermə günü bir neçə məntəqədə olduqlarını və seçkinin demokratik standartlara uyğun keçirildiyini deyib.
"Report"un məlumatına görə, o bildirib ki, seçki prosesinə mane olan heç bir şeyə rast gəlinmədi:
"Proses sülh şəraitində oldu. Bizim müşahidə apardığımız məntəqələrdə heç bir qanunsuzluq olmadı. Mərkəzi Seçki Komissiyasının peşəkarlığı nəticəsində hər şey yüksək səviyyədə oldu. Mən istədiyim yoxlamaları apara bildim. Bu, demokratik şəraitin növbəti təzahürüdür".
Müşahidəçi söyləyib ki, məntəqə işçiləri peşəkarlıqla çalışırdılar: "Bu, göstərir ki, onlar lazımi təlimləri keçmişdilər".