İran neft hasilatının həcmini sanksiyalardan əvvəlki səviyyəyə çatdırıb.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Energetika Agentliyinin məlumatında bildirilir.
Məlumatlara əsasən, aprel ayında İranda neft hasilatının həcmi sutkada 3,56 mln barelə çatıb. Bu 2011-ci ilin noyabrından bəri ən yüksək göstəricidir. Eyni zamanda, neft ixracı həcmi sutkada 2 milyon barrelə çatıb.
Aprel ayında İran neftinin ən iri idxalçısı Çin olub (800 min barel).