İran nefti ilə yüklənmiş “Monte Toledo” tanker Avropaya çatıb.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, bu, Tehranın sanksiyalardan azad olunmasından sonra Avropaya gətirilən ilk İran neftidir.
Gəminin göyərtəsində 1 milyon barel xammal var. Neftlə dolu tanker İspaniyanın Alhesiras limanında CEPSA şirkətinin zavodunda boşaldılır.
İrandan Avropaya tanker 17 gün ərzində çatıb, siyasi sanksiyaların ləğvinə gedən yol isə düz 4 il çəkib.