İranın xarici işlər nazirinin müavini Abbas Araqçi bildirib ki, xərclər gəlirləri üstələyəcəyi təqdirdə, ölkəsi Birgə əhatəli fəaliyyət planı (BƏFP) haqqında sazişi tərk edə bilər.
Oxu.Az Report-a istinadla xəbər verir ki, bundan başqa, Arakçı Vaşinqtonu sazişin şərtlərinin yerinə yetirilməsini pozmaq və bunda məsuliyyəti Tehranın üzərinə atmaq cəhdində ittiham edib.
“İran İslam Respublikası BƏFP-yə o, ölkənin xeyrinə xidmət edəcəyi müddətcə riayət edəcək”, - deyə o bildirib.
N.О.