İran ABŞ prezidenti Barak Obamanın 10 il müddətinə nüvə proqramının dayandırılması ilə bağlı təklifini rədd edib.
Oxu.Az xəbər verir ki, bu barədə Reuters məlumat verib.
“Obamanın mövqeyi qəbuledilməz və hədə-qorxu frazaları ilə əks olunur. İran həddindən artıq və məntiqsiz tələbləri qəbul etməyəcək. Tehran altılıqla nüvə danışıqlarını davam etdirəcək”, - İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib.
Qeyd edək ki, öncə ABŞ prezidenti Barak Obama İrana nüvə proqramını minimum 10 il müddətinə dondurmağı təklif edib.