ABŞ prezidenti Barak Obama hesab edir ki, İran nüvə proqramını minumum 10 il müddətinə dondurmalıdır ki, yekun sazişin bağlanması mümkün olsun.
Oxu.Az xəbər verir ki, bu barədə Amerikanın lideri Reuters-ə müsahibəsində deyib.
Bu şərti Obama ABŞ-ın İranın nüvə silahı yaratmasının qarşısını almaq üçün atacağı addımların qarşısını almaq üçün zəmin adlandırıb. Bununla yanaşı prezident konqresi nüvə proqramı ilə bağlı danışıqların getdiyi bir vaxtda İrana qarşı yeni sanksiyaların irəli sürülməsi təklifindən imtina etməyə çağırıb.
Obama hesab edir ki, senatorların müdaxiləsi bütün diplomatik nailiyyətlərə zərbə vura bilər.