Dünya boks seriyasının 7-ci turunda qarşılaşan “Kondors” (Argentina) və “Baki Fires” (Azərbaycan) komandalarının icmal videosu yayılıb.
Oxu.Az xəbər verir ki, görüş Argentinanın San-Luis şəhərində keçirilib və 4:1 hesabı ilə Azərbaycan komandasının xeyrinə başa çatıb.
Məhəmməd Qurbanov (56 kq), Heybətulla Hacıəliyev (64 kq), Nikolay Veselov (75 kq) və Abdulqadir Abdullayev (91 kq) qələbə qazanıblar, “Baki Fires” komandasının yeganə məğlub olan üzvü Məhəmməd İbiyev olub.
“Baku Fires” 14 xal ilə “B” qrupunda 3-cü yerdədir. 21 xal ilə “Astana Arlans” liderlik edir. 2-ci yerdə amerikalı komanda “Nokatus”dur, onun hesabında 16 xal var.
Argentinalı “Kondorlar” ilə matçın videosunu sizə təqdim edirik:
F.H.
www.oxu.az