Oman körfəzində İranın keçirdiyi hərbi təlim zamanı baş verən insident nəticəsində azı 19 nəfər ölüb, 15 nəfər yaralanıb.
“RİA Novosti”nin məlumatına görə, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin Mətbuat Xidməti xəbər yayıb.
Yaralıların vəziyyətinin qənaətbəxş olduğu vurğulanıb.
10:04
İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Jamaran” freqatı hərbi təlim zamanı səhvən tədbirdə iştirak edən digər hərbi gəmini atəşə tutub.
Bu barədə İranın “Tasnim” xəbər agentliyinin siyasi şöbəsinin müdiri Mehdi Bəxtiyari “Twitter”də xəbər verib.
Onun sözlərinə görə, faciə Oman körfəzində baş verib. “Jamaran”dan buraxılmış gəmi əleyhinə raket “Konarak” köməkçi gəmisini vurub.
Hadisə nəticəsində onlarla insan yaralanıb. İki nəfərin öldüyü bildirilir.
🔴اطلاعات بيشتر (غيررسمي)
— Mahdi Bakhtiari (@Mahdiibakhtiari) May 10, 2020
كل سرنشينان شناور #كنارك درحدود ٤٠ نفر بوده. (اعداد متفاوت است و ٣٠ نفر هم گفته شده)
تعدادشهدا تاكنون حدود ٢٠ نفر هستند و برخي هم زنده مانده اند.
از جمله شهدا، فرمانده ناو كنارك هست. https://t.co/zH2wMFxAuX
“Konarak”ın batdığı iddia edilir.
İran ordusu hələlik məlumatı təsdiqləməyib.
“Jamaran” - 2010-cu ildə istismara verilmiş və İran donanmasında ən müasirlərdən sayılan “Moudge” sinifinin əsas freqatıdır. Çin istehsalı olan gəmi əleyhinə raketlər, torpedalar və bir neçə silahla təchiz olunub. Heyət 140 nəfərdən ibarətdir.