Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İran parlamenti qeyri-farslara ana dilində ədəbiyyatın tədrisinə qarşı çıxıb
İran parlamenti fars olmayanlara məktəblərdə ana dilində ədəbiyyat fənninin tədrisinə qarşı çıxıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
İran parlamentinin plenar iclasında ölkədə yaşayan bütün xalqların məktəblərdə ədəbiyyatı öz dilində tədrisinə icazə verən qanun layihəsi 130 deputatın əleyhinə, 104-nün lehinə və 5 nəfərin bitərəf qalması ilə qəbul olunmayıb.
Qeyd edək ki, millət vəkilləri qanun layihəsinin icrasına qarşı çıxsalar da, İran konstitusiyasının 15-ci maddəsi ölkədə yerli və etnik dillərin fars dili ilə yanaşı işlənməsinə və məktəblərdə milli ədəbiyyatın tədrisinə icazə verir.
"İran" teqi üzrə xəbərlər
- "Daily Express": "İran Trampın şərtləri ilə razılaşmasa, sentyabrda məhv olacaq"
- İran parlamentarisi ABŞ və İsrailə meydan oxudu
- İran-ABŞ qarşıdurması pik həddə: Nələr olacaq?
- İran həbsxanalarında edamlar: Təkcə mart ayı üzrə dəhşətli rəqəmlər açıqlandı
- İranlı deputat: "Nüvə silahımız olsaydı, Tramp bizi hədələməyə cəsarət etməzdi"