Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İran prezidenti: "Özümlə mübarizə apardıqca görürəm ki, xalqa heç bir cavabım yoxdur"
İran Prezidenti Məsud Pezeşkian ölkədəki yanacaq qaçaqmalçılığına toxunub.
"Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-ə istinadən xəbər verir.
"Özümlə nə qədər çox mübarizə aparsam, bir o qədər də görürəm ki, bu cür resursların israfına görə xalq qarşısında cavabım yoxdur", - deyə M.Pezeşkian vurğulayıb.
M.Pezeşkian əlavə edib ki, bu qədər yanacaq qaçaqmalçılığı fonunda insanların enerji istehlakını idarə etmək üçün hökumətin qaz və elektrik enerjisini kəsməsini qəbul etməməsi təbiidir.
"Məsud Pezeşkian" teqi üzrə xəbərlər
Ən çox oxunanlar