İran Qətərə bütün növ qida məhsullarını ixrac etməyə hazırdır.
Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə İranın aqroməhsulların ixracı üzrə Assosiasiyasının rəhbəri Reza Nurani bəyan edib.
“Fars körfəzi ölkələrinin qoyduğu qadağadan sonra, biz Qətərə bütün növ qida məhsullarını ixrac etməyə hazırıq”, - o deyib.
Xatırladaq ki, bazar ertəsi, iyunun 5-də, Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ və Misir rəsmi Dohanı terrorçulara dəstək verməkdə ittiham edərək Qətərlə diplomatik münasibətləri kəsiblər.
S.B.
www.oxu.az