İran daha öncə qərbi KİV-də raketlərin onun ərazisinə düşməsi barədə yayılan məlumatı təsdiqləmir, bu fövqəladə halın isə psixoloji müharibə aktından başqa heç nə olmadığını bildirib.
Oxu.Az-ın məlumatına görə, bu barədə FARS agentliyi İranın Müdafiə Nazirliyindəki mənbəyə istinadən xəbər verib.
Rusiya Müdafiə Nazirliyi daha öncə bu şayiələri təkzib edib, buraxılan bütün raketlərin müəyyən edilmiş hədəflərə düşdüyünü bildirib.
Rusiyanın gəmi zərbə qrupu oktyabrın 7-də Xəzər dənizi akvatoriyasından “Kalibr NK” dəniz bazalı kompleksindən qanadlı raketlərlə Suriya ərazisində yerləşən İŞİD terror qruplaşması infrastrukturlarını atəşə tutub.
00:53
Rusiyanın Xəzər donanmasının gəmilərindən Suriya ərazisində İŞİD mövqelərinə buraxılan raketlər İrana düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı CNN yayıb.
Amerika kəşfiyyatının məlumatına əsasən, ən azı 4 raket İran ərazisində partlayıb.
Mənbənin məlumatına görə, əməliyyat zamanı səhv baş verib və raketlər İran ərazisinə düşüb.
Raketlərin harada partlaması barədə məlumat verilmir.
CNN xatırladır ki, Rusiyanın Xəzər donanmasının gəmiləri Xəzər dənizində yerləşir. Bu isə o deməkdir ki, raketlər Suriyadakı hədəflərə çatmaq üçün İran və İraq ərazisilərindən keçirlər.
Rusiyanın Müdafiə Nazirliyi Rusiya raketlərinin İrana düşməsi xəbərini təkzib edib.