İran Rusiya tərəfə növbəti ballistik raket buraxıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti hərbi dairələrdəki mənbələrə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, İran hərbiçiləri raket kompleksindən sınaq atəşi həyata keçiriblər, lakin raketin dəqiq növü açıqlanmır.
Qeyd olunur ki, “atəş Rusiyanın Armavir və Orsk da yerləşən raket hücumu haqda xəbərdarlıq vasitələri tərəfindən qeydə alınıb”.
“Kommersant”ın mənbələrinin məlumatına görə, atəş Moskva vaxtı ilə saat 12:33-də Semnan raket poliqonundan həyata keçirilib.
Qəzet qeyd edir ki, hazırda rusiyalı mütəxəssislər sınaqdan keçirilən raketin tipini və mümkün xüsusiyyətlərini müəyyənləşdirməyə çalışırlar.