İran Rusiyaya balıq və dəniz məhsulları tədarük etməyə başlayıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə İnterfaks-a İran-Rusiya Ticarət Palatasının rəhbəri Əsədulla Asqaroladi bildirib.
“Ötən həftə biz Rusiyaya dəniz məhsullarının ixracı üzrə razılaşmanın reallaşdırılmasına başlamışıq. Hazırda xərçənglər, kürü və digər balıq məhsulları bu ölkəyə tədarük olunur”, - deyə o bildirib.
Tədarük haqqında razılaşma 2014-cü ildə əldə olunub.