İran Səudiyyə Ərəbistanının düşünülməmiş addım atdığı halda, müqəddəs məkanlar - Məkkə və Mədinə istisna olmaqla, krallığın ərazisinə zərbələr endirəcək.
Oxu.Az Life-a istinadən xəbər verir ki, bu barədə İranın müdafiə naziri Hüseyn Dehxan bəyan edib.
“Əgər səudiyyəlilər düşünülməmiş addım atarlarsa, ölkə ərazisində Məkkə və Mədinə istisna olmaqla salamat yer qoymayacağıq. Onlar hərbi-hava qüvvələri olduğu üçün hər şey edə biləcəklərini düşünürlər”, - Dehxan deyib.
“Reuters”in məlumatına görə, Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd ben Salmanın İran ilə döyüşə hazır olmağa dair sözlərindən sonra İranın müdafiə naziri bu bəyanatla çıxış edib.
N.О.
www.oxu.az