Mayın 5-də “Jeep” markasın Azərbaycanda rəsmi distributoru “Autolux Azerbaijan” şirkəti Ü.Hacıbəyli, 57 ünvanında yerləşən “Jeep” “showroom”-da “Jeep Renegade Trailhawk” modelinin təqdimatını keçirib.
Oxu.Az xəbər verir ki, tədbirdə çıxış edən “Avtolux Azerbaijan” şirkətinin baş direktoru İbrahim Əhmədov bildirib ki, ənənəvi yeddi nəfəslikdən güclü görkəminə qədər “Jeep Renegade”, sözün əsl mənasında, bir “Jeep”-dir.
İ.Əhmədov bildirib ki, “Renegade” yüksək manevr qabiliyyəti sayəsində şəhərdə və ya yolsuzluq şəraitində səyahət etmək, yeni yollar kəşf etmək üçün mükəmməl bir avtomobildir:
“Fərqli yolları kəşf etmək üçün və ya şəhərdə əyləncəli gəzintiyə çıxmaq üçün tamamilə yeni “Jeep Renegade” istismara hazırdır, işləmək əzmindədir və işləməyə qadirdir. Öz sinfində ən yaxşı salon həcmi və oturacaq vəziyyətlərinin çeşidi, o cümlədən yastı şəkildə qatlanan ön sərnişinin oturacağı sayəsində “Jeep Renegade” sizə öz dostlarınızı və əşyalarınızı istədiyiniz yerə aparmaq imkanı yaradır”.
İ.Əhmədov əlavə edib ki, “Avtolux Azerbaijan” tezliklə kreditlə satışlara başlayacaq.
“Jeep” markasının ən uğurlu modelləri arasında yer alan “Jeep Renegade” 2.4 litr, 184 at gücündə mühərriklə və 9 pilləli avtomatik transmissiya ilə təchiz edilib.
Modelin Azərbaycanda “Trailhawk” versiyası satışa təqdim olunur. 53 min manat satış qiymətilə diqqət çəkən “Renegade” modeli ilə “Jeep” markası, Azərbaycanda da kiçik və orta SUV sinfində bazar payını artırmağı hədəfləyir.
“Autolux Azerbaijan” şirkətinin brend meneceri Azər Cəlilov bildirib ki, avtomobili 20 faiz ilkin ödəniş, 17 faiz illik və 5 il müddətinə kreditlə əldə etmək mümkündür:
“Jeep Renegade” modelində fəal və passiv texniki və fiziki təhlükəsizlik cəhətlərinin silsiləsi, o cümlədən tam uzunluqda yan pərdə ilə birlikdə yeddi standart hava yastığı və toqquşma dizləri qoruyan hava yastığı təklif olunur.
Bizdə bütün “Jeep” avtomobillərinə ilk 60 min km zavod istehsalı zəmanəti verilir. “Jeep” markasının avtomobillərinin rəsmi servis mərkəzi “Avtolux Azerbaijan” şirkəti tərəfindən Ü.Hacıbəyli, 57 ünvanında yerləşir”.
Qeyd edək ki, “Fiat”, “Fiat Professional”, “Jeep”, “Dodge”, “Chrysler”, eləcə də Azərbaycanda ilk dəfə rəsmi olaraq təqdim olunan “Alfa Romeo” və “Abarth” markalı avtomobillərin satışı və servis xidmətləri Bakının Üzeyir Hacıbəyli küçəsi 57C-də həyata keçirilir.
Tel.:983
Xatırladaq ki, “Avtolux Azerbaijan” 2012-ci ildən fəaliyyət göstərir. Bundan öncə şirkət “Ferrari”, “Aston Martin” və “Lamborgini”, eləcə də “Ferrari Store” və “Collezione Lamborghini” markalarının distributoru olub. Brend cərgəsinə “FCA Group”un markalarını əlavə etməklə, “Avtolux Azerbaijan”ın satışını həyata keçirdiyi avtomobil markalarının sayı 10-a çatıb.
Elvin Əhmədov
www.oxu.az