İranın cənub-şərqində yerləşən Kirman şəhəri yaxınlığında zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, bu haqda Avropa-Aralıq dəniz seysmoloji mərkəzi məlumat yayıb.
Episentri Kirman şəhərindən 149 kilometr aralıda qeydə alınan zəlzələnin maqnitudası 4,7 bal gücündə olub.
Zəlzələ yerin 12 km dərinliyində baş verib.
F.M.
www.oxu.az