Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İran təhlükəsi: İsrail ordunu ayağa qaldırdı
İran qüvvələrinin Suriyada “qeyri-adi fəallığı” ilə bağlı məlumatın yayılmasından sonra İsrail silahlı qüvvələri yüksək hərbi hazır vəziyyətə gətirilib.
Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
İsrail rəhbərliyi əhalinin potensial hava və raket hücumlarından qorunması məqsədi ilə yerli hakimiyyət orqanlarına daldalanacaqları açmağı və ölkənin hava müdafiə sistemlərini tam işlək vəziyyətə gətirməyi tapşırıb.
Bundan əvvəl İsrail baş naziri Binyamin Netanyahu Tehranın Suriyaya xüsusi silahlar göndərməyi planlaşdırdığını bildirmişdi. Onun sözlərinə görə, məqsəd İsrail dövlətini məhv etməkdir.
F.M.
www.oxu.az
Rəylər