Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) İran-Türkiyə sərhədinin bağlanması ilə bağlı yayılmış xəbərlərə münasibət bildirib.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, XİN-dəki mənbə deyib ki, sərhədin bağlanması ilə bağlı rəsmi qərar yoxdur.
“Sərhədlər hələ açıqdır”, - mənbə bildirib.
Məsələyə münasibət bildirən İranın Daxili İşlər Nazirliyi (DİN) də bildirib ki, İran-Türkiyə sərhədi də daxil olmaqla bütün sərhəd keçid qapıları açıqdır və hər hansı bir problem yoxdur.
DİN qeyd edib ki, Türkiyə hissəsində baş vermiş nasazlıqla əlaqədar yalnız Türkiyənin tələbi ilə qatar səfərləri müvəqqəti olaraq dayandırılıb.
13:11
İran Türkiyə ilə şimal qərb sərhədini bağlayıb.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bu barədə İranın polis şefi Hüseyn Aştari bildirib.
O deyib ki, Ali Beynəlxalq Təhlükəsizlik Şurası (SNSC) Türkiyədə son iki həftə yaşanan hücumlara görə sərhədi müvəqqəti olaraq bağlayıb.
Hüseyn Aştari vurğulayıb ki, sərhədin bağlanması ilə bağlı sulları SNSC rəsmilərinə ünvanlamaq lazımdır.