Məşhur rusiyalı biznesmen Əlişir Usmanov Rusiya Futbol İttifaqına (RFİ) təmənnasız olaraq ümumilikdə 1 milyard rubl maliyyə dəstəyi göstərib.
“Mən RFİ-yə ümumilikdə 1 milyard rubl dəyərində təmənnasız maliyyə dəstəyi göstərdim, - Oxu.Az Usmanovun sözlərindən sitat gətirir. – Hesab edirəm ki, dövlətimiz və Rusiya ictimai təşkilatları öz üzərinə götürdükləri, o cümlədən də xaricdən dəvət olunmuş mütəxəssislər qarşısında vəzifələrini yerinə yetirməlidirlər.
RFİ və Rusiya futbolunun taleyinə laqeyd olmayan hər kəsə uğur diləmək istəyirəm. Ümid edirəm ki, yeni baş məşqçi Rusiya komandasının oyunçularını birləşdirməyə, onları qələbəyə kökləməyə və Rusiya futbolunun iri beynəlxalq yarışlarda yeni uğurlu çıxışlarına başlamağa nail olacaq”.
2015-ci ilin fevral ayında Usmanov RFİ-yə 400 milyon rubl dəyərində səhm təqdim edib, bu, Kapellonun məvacibinə xərclənib. İyun ayında bu məqsədlə o, daha 300 milyon rubl xərcləyib.
Bu günlərdə Rusiya Federasiyası idman naziri Vitali Mutko “Nazirə sual ver” verilişində borcu ödəməkdə və müqavilənin pozulması üçün ilk tranşı ödəməkdə yardım edən Usmanova təşəkkürünü bildirib.
F.H.
www.oxu.az