Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İran universitetlərindən hicab taxmayanlara qarşı növbəti ağlasığmaz addım - FOTO
İranın Tehran şəhərindəki Əmir Kəbir və Beheşti universitetlərinin tələbə kampuslarında məcburi hicab qaydalarına riayət etməyən tələbələri aşkarlayan kameralar quraşdırılıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Məlumata görə, tələbələr hicabsız universitetə daxil olduqdan sonra rəhbərlik tərəfindən telefon vasitəsilə çağırılıblar.
Bildirilib ki, tələbələrə qarşı ən sərt tədbirləri tətbiq etmək üçün universitet rəhbərliyi auditoriya daxilində yerləşdirilən kameralara da nəzarət edir.
"İran" teqi üzrə xəbərlər
Ən çox oxunanlar