Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Orxan Məmmədov: “Azad rəqabətin olması iqtisadi səmərəliliyi yüksəldəcək”
Azərbaycanda azad rəqabət mühitinin formalaşdırılması iqtisadi səmərəliliyin yüksəldilməsinə təkan verəcək.
“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakda “Azad rəqabət mühitinin formalaşdırılmasında və istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsində Heydər Əliyevin rolu” mövzusunda keçirilən tədbirdə bildirib.
“Ölkədə azad rəqabətin formalaşdırılması, inhisarçılıqla mübarizənin gücləndirilməsi, habelə istehlakçıların hüquqlarının müdafiəsi sahəsində prioritetlərin vaxtında müəyyənləşdirilməsi qarşıya qoyulmuş sosial-iqtisadi hədəflərə çatmaq üçün çox əhəmiyyətlidir. Azad rəqabət mühitinin formalaşdırılması iqtisadi səmərəliliyin yüksəldilməsinə təkan verməklə yanaşı, istehlakçıların da maraqlarının təmin olunmasını aktuallaşdırır. Bu baxımdan ölkə iqtisadiyyatının bütün sahələrində müşahidə olunan inkişafın nəticəsi olaraq azad rəqabət mühitinin formalaşdırılması və istehlakçıların hüquqlarının qorunması sahəsində yaxın tarixi təcrübənin öyrənilməsi və dəyərləndirilməsi mühüm əhəmiyyət kəsb edir”, - deyə sədr əlavə edib.
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycan idmançılarının 2024-cü ildə əldə etdiyi uğurlar
- Xalqa xidmətə həsr olunmuş ömrün daha bir ili
- "Qalib lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar" konfransı keçirilib
- Rüstəm Minnixanov ulu öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
- "The Rıtz-Carlton Resıdences, Baku" Azərbaycanın paytaxtında təntənəli açılış edib