İran və Ermənistanın müdafiə nazirləri Hüseyn Dehqan və Vigen Sarqsyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə “Iran Daily” məlumat yayıb.
“Dağlıq Qarabağ münaqişəsinə toxunan tərəflər regionda sülh və sabitliyin qorunub-saxlanması üzrə səylərin mühümlüyünü, həmçinin münaqişənin hərbi yolla həllinin olmadığını vurğulayıblar”, - deyə məlumatda bildirilir.
Bazar ertəsi axşam saatlarında Tehrana gələn Sarqsyan regionda gərginlik və böhranların aradan qaldırılmasında, Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsinin nizamlanmasında İranın rolunu alqışlayıb.
N.O.
www.oxu.az