Hazırda paytaxtda müşahidə edilən qarlı və şaxtalı hava paytaxtın küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, səhər saatlarında paytaxtın əksər küçə və prospektlərində, o cümlədən Heydər Əliyev prospekti (şəhər istiqaməti), Yusif Səfərov (şəhər istiqaməti), Ziya Bünyadov prospekti (hər iki istiqamət, xüsusən də körpü və tunellərdə), A.Bakıxanov küçəsi (körpünün üstü), Tbilisi prospekti, Zığ yolu-Nobel prospekti, A.M.Sərifzadə, Mətbuat prospekti və 20 Yanvar dairəsində nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.
Saytın məlumatına görə, Bakıda istismarda olan sərnişin avtobuslarının hərəkəti yolun qarlı və buzlu olması səbəbindən sərnişinlərin və digər nəqliyyat iştirakçıları üçün təhlükə yaradacağı müşahidə olunarsa, avtobusların fəaliyyəti müvəqqəti dayandırılmalıdır.
E.Ə.
www.oxu.az