"İsrailin hücumu başlayandan İran bir dəfə də olsun, ABŞ ilə əlaqə saxlamağa cəhd etməyib, Vaşinqtonun təşəbbüsü ilə vasitəçilər üzərindən əlaqələr təmaslar həyata keçirilib".
Oxu.Az-ın ISNA agentliyinə istinadən xəbərinə görə, bu barədə İran xarici işlər nazirinin müavini Səid Xətibzadə bildirib.
"İran rəsmiləri Ağ Evə heç bir zəng etməyiblər və mesaj göndərməyiblər. Səhər tezdən (13 iyun) Ağ Ev region ölkələrinin liderləri və müxtəlif kanallar vasitəsilə bizə mesajlar göndərib", - deyə o qeyd edib.
"İsrailin hücumları davam etdiyi müddətdə ABŞ ilə heç bir danışığa getməyəcəyik".
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçı jurnalistlərə açıqlamasında deyib.
A.Əraqçının sözlərinə görə, Tehran ABŞ-ni İrana qarşı təcavüzdə İsrailin tərəfdaşları və ortağı hesab edir.
A.Əraqçı əlavə edib ki, İranın raket proqramının məhdudlaşdırılması məsələsi müzakirə mövzusu deyil.