Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İran XİN: "Ermənistanla mümkün qədər əlaqələri genişləndirməyə hazırıq"
"İran hər iki ölkəni maraqlandıran bütün sahələrdə Ermənistanla əlaqələri mümkün qədər genişləndirməyə hazırdır".
Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Seyid Abbas Əraqçı erməni həmkarı Ararat Mirzoyanla telefon danışığı zamanı deyib.
Qeyd olunur ki, söhbət zamanı erməni nazir regional hadisələrlə bağlı İrəvan və Tehran arasında məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini qeyd edib.
Mirzoyan iranlı həmkarını Ermənistana səfərə dəvət edib.
Tərəflər ikitərəfli münasibətləri inkişaf etdirmək və regional məsələlər üzrə hərəkətləri əlaqələndirmək üçün müntəzəm məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.
"İran-Ermənistan münasibətləri" teqi üzrə xəbərlər
- Ermənistan Parlamentinin sabiq vitse-spikeri: "ABŞ ilə tərəfdaşlıq ölkəyə yaxşı heç nə gətirməyəcək"
- Əvvəlcə Qarabağda məğlub olan, indi Orta Şərqdə uduzan ölkə
- Ermənistan İrana yeni səfir təyin edib
- Ermənistan Parisin Tehran ilə gizli əlaqə kanalı kimi - Fransa xəyanətinin təfərrüatı
- İranlı ekspert: "Tehranın və İrəvanın maraqları tam üst-üstə düşür"
Rəylər